Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 17:35
Əməkdar artist Dilarə Əliyeva "10 qat şou"ya qızı Banu ilə birlikdə qatılıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktrisa övladları ilə bağlı sosial şəbəkədə onlara yazılan tənqidlərdən bəhs edib:
"Bir dəfə demişdik ki, uşaqlarımız bizə adımızla müraciət edir. Sosial şəbəkədə tənqid edildik ki, ataya ata, anaya ana deyilməlidir. Bizim uşaqlar nənə-baba yanında böyüyüb. Ona görə də bizə adımızla müraciət ediblər. Biz də üstlərinə getmədik. Bizi narahat etmir.
Övladınızla rahat olun, onlara nəşə səhv edəndə acıqlanmayın. Onun məntiqli izahını verin. Onda gəlib hər şeyi sizinlə bölüşə biləcək".
Qeyd edək ki, D.Əliyeva "Soy" prodakşının rəhbəri Oqtay Əliyevlə ailəlidir.