Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin rejimini pozan dönərxana aşkarlanıb

Karantin rejimini pozan dönərxana aşkarlanıb

Tarix: 28 Yanvar 2021 19:20

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən dönərxana aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Babək Camalov və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.


Etiketlər:  Karantin rejimini pozan dönərxana aşkarlanıb


RƏYLƏR