Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada işsizlik səviyyəsi son 11 ildə ilk dəfə artıb

Yaponiyada işsizlik səviyyəsi son 11 ildə ilk dəfə artıb

Tarix: 29 Yanvar 2021 06:04

Bakı. Trend:

Yaponiyada 2020-ci ilin yekunları üzrə işsizlik səviyyəsi 2,8 faiz təşkil edib, bu isə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artıqdır.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın İnzibati İşlər və Kommunikasiya Nazirliyinin statistikasında deyilir.

Məlumata əsasən, il ərzində bu göstərici koronavirus pandemiyasının yaratdığı iqtisadi problemlər fonunda davamlı olaraq artıb və oktyabr ayında 3,1 faiz səviyyəsinə çatıb. Növbəti bir neçə ayda işsizlik səviyyəsi düşərək 2,8 faizə bərabər olub.

Qeyd edilir ki, Yaponiyada işsizlik səviyyəsi son 11 ildə ilk dəfə artıb.


Etiketlər:  Yaponiyada işsizlik səviyyəsi ildə dəfə artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ