Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 22:04
Braziliyada eyni vaxtda yeni koronavirusun iki mutasiyasına yoluxma qeydə alınıb.
Sonxeber.net xəbər verir ki,bu xəstələrdə COVID-19-un yüngül simptomları olub, birində quru öskürək, digərində isə öskürək, boğaz və baş ağrısı müşahidə edilib.
Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
Qeyd edək ki, Braziliya COVID-19 xəstələrinin sayına görə ABŞ və Hindistandan sonra dünyada üçüncü yerdədir. Pandemiyanın bütün dövründə ölkənin doqquz milyondan çox sakinində koronavirus qeydə alınıb, virusdan ölüm sayı isə 200 mini keçib. /medicina.az