Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cinayətkarların üzərindən Stallonenin “pasport”u çıxdı - FOTO

Cinayətkarların üzərindən Stallonenin “pasport”u çıxdı - FOTO

Tarix: 30 Yanvar 2021 16:08

Bolqarıstanda cinayətkarlara qarşı təşkil edilən əməliyyatda polisləri təəccübləndirən fakt aşkarlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayətkar dəstənin evinə polis basqını zamanı "Rokki" və "Rembo" filmləri ilə dünyada şöhrət qazanan Silvestr Stallonenin adına hazırlanmış saxta pasport ələ keçirilib.

Dəstənin dörd üzvü saxlanılıb.

Ölkənin Plovdiv şəhərindəki əməliyyatda pasportda aktyorun Bolqarıstan vətəndaşı olaraq qeyd olunması hüquq mühafizəçilərini də çaşqınlığa məruz qoyub. Əməliyyatda saxta 50 dollar və 100 avroluq əskinaslar ələ keçirilib.

Əməliyyatın ABŞ Məxfi Xidməti xəfiyyələrinin iştirakı və İnterpolun dəstəyi ilə gerçəkləşdirildiyi bildirilib.  

Milli.Az


Etiketlər:  Cinayətkarların üzərindən Stallonenin pasportu çıxdı FOTO


RƏYLƏR