Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 16:08
Bakı. Trend:
Bu gün Azərbaycanın Ağdam rayonunda açılışı olan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ərazisində ağacəkmə kampaniyası keçirilib.
Trend-in məlumatına görə, ağacları Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin əkiblər.
Qeyd edək ki, mərkəzin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti və yaşayış otaqları var. Bütün otaqlar zəruri avandanlıqlarla təmin olunub.