Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan paytaxtında restoran sahibləri onlayn çatdırılma xidmətindən imtina ediblər

Gürcüstan paytaxtında restoran sahibləri onlayn çatdırılma xidmətindən imtina ediblər

Tarix: 31 Yanvar 2021 19:22

Gürcüstanda restoran sahibləri hökumətin bu sahənin bağlı saxlanılması ilə bağlı qərarına etiraz edirlər. Paytaxt Tbilisidə 86 restoran yanvarın 30-dan etibarən 24 saat çatdırılma xidmətini dayandırıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Restoranlar Dərnəyinin rəhbəri Şota Burcanadze bildirib.

Onun sözlərinə görə, vəziyyət artıq dözülməz hala çatıb. Məhdudiyyətlər səbəbindən ölkə sosial partlayış astanasındadır. Müəssisələr iflasa uğrayır, ümumi işsizlik hökm sürür. Problemlərin öhdəsindən gəlmək üçün təsirli addımlar atılmır. Hökumət mövcud problemləri səhv qiymətləndirir.

"Buna etiraz olaraq onlayn xidmətlərdən istifadəni rədd edirik", - deyə Şota Burcanadze vurğulayıb.

Bununla yanaşı, restoranlar şəbəkəsinin üzvləri hökumət evinin qarşısında dinc etiraz aksiyası keçirəcəklər.


Etiketlər:  Gürcüstan paytaxtında restoran sahibləri onlayn çatdırılma xidmətindən imtina ediblər


RƏYLƏR