Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 08:48
Bakı. Trend:
ABŞ-ın "Novavax" əczaçılıq şirkətinin Praqa yaxınlığında yerləşən zavodunda koronavirus peyvəndinin seriya istehsalına və dünya bazarına çıxarılmasına başlanmalıdır.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Çexiyanın Baş naziri Andrey Babiş bildirib.
Baş nazir qeyd edib ki, Çexiyada yerləşən Novavax zavodundan dünya bazarına peyvəndin şatışa çıxarılması aprel ayında başlamalıdır: "Bu, aldığım ən son məlumatdır".
A.Babişin dediyinə görə, dərman hazırda Böyük Britaniyada sınaqdan keçirilir. Effektivliyi təxminən 90 faiz təşkil edir.