Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 11:12
2014-2017-ci illərdə işğal altında olan ərazilərdəki tarix və mədəni abidələrin qiymətləndirilməsi zamanı dəyən zərər 88 milyard manat civarında hesablanıb. Lakin indi aparılacaq qiymətləndirmə zamanı bu məbləğin 88 milyard manatdan daha yüksək olacağı gözlənilir.
Bunu Sonxeber.net-a həmin monitorinq zamanı Nazirlər Kabineti yanında İtki və Tələfatların Qiymətləndirilməsi üzrə işçi qrupun üzvü kimi fəaliyyət göstərən, mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.
Onun sözlərinə görə, o zamankı hesablamalar qiyabi monitorinq əsasında olub:
"Lakin indi hər bir abidəyə yerində baxış keçiriləcək. Bütün ərazilərdə layihə-smeta sənədlərinin işlənməsi başa çatdırıldıqdan sonra dəyən ziyanın məbləği daha dəqiq bilinəcək".
F.İsmayılov əlavə edib ki, Şuşada abidələrlə bağlı aparılan monitorinq artıq yekunlaşıb. Amma Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda monitorinqlər qismən aparılıb və hazırda da davam etdirilir.