Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda “Twitter” istifadəçilərinin fəallığı kəskin artıb

Azərbaycanda “Twitter” istifadəçilərinin fəallığı kəskin artıb

Tarix: 1 Fevral 2021 13:52

Bu ilin yanvar ayında "Twitter"ın Azərbaycanın sosial media bazarında payı 25.17%% təşkil edib.

Sonxeber.net banker.az-a istinadən xəbər verir ki, dekabr ayı ilə müqayisədə onun istifadəçilərinin ölkə üzrə fəallığı  19.59 % artıb. Qeyd edək ki, populyarlığına görə "Twitter" ölkənin sosial media bazarında ilk dəfə olaraq birinci yeri tutub.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Facebook" qərarlaşıb ki, Azərbaycanın sosial media bazarında "Facebook"un payı 20.27% olub. 2020-ci  ilin dekabr ayı ilə müqayisədə Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı 0.23% artıb.

Üçüncü yerdə qərarlaşan "İnstagram"in Azərbaycanın sosial media bazarında payı 20.1% təşkil edib.


Etiketlər:  Azərbaycanda Twitter istifadəçilərinin fəallığı kəskin artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ