Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 18:20
Bakı. Orxan Nəbiyev - Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasına Türkiyə istehsalı olan sürücüsüz avtobusla gedib.
Trend-in məlumatına görə, bu barədə prezident öz "Twitter" səhifəsində bildirib.
"Atak Electric" şirkətinin istehsalı olan 8 metr uzunluğunda elektroavtobus tam müstəqil şəkildə hərəkət edir.
R.T.Ərdoğan Prezident Sarayından Nazirlər Kabinetinədək olan məsafəni həmin avtobusla qət etdiyini deyib.