Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

COVİD-in daha öldürücü növü yayılır - Ondan qorunmağın 5 QIZIL QAYDASI

COVİD-in daha öldürücü növü yayılır - Ondan qorunmağın 5 QIZIL QAYDASI

Tarix: 2 Fevral 2021 12:08

Koronavirusun yeni ştammının yoluxduruculuğu virusun digər ştammlarının yoluxduruculuğundan bir qədər yüksək olduğu üçün dünyanın əksər ölkələrinə yayılacağı proqnozlaşdırılır.

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, qorunma tədbirlərinin hər birinə düzgün riayət olunmasa kütləvi yoluxma hallarının qarşısını almaq mümkün olmayacaq:

"Koronavirusun yeni ştammından qorunma tədbirləri yaxın iki ay ərzində yumşaldılmamalıdır. Mütləq şəkildə maskadan istifadə edilməlidir, əl gigiyenası, sosial məsafə, vaksinasiya və qapalı məkanların tez-tez havalandırılması kimi 5 vacib nüans ciddi nəzarətdə saxlanılmalıdır. Bu 5 vacib qaydadan əgər birinə riayət olunmasa, qaydalar pozulsa, təbii ki, kütləvi yoluxma hallarının qarşısını almaq mümkün olmayacaq. 

Onu da deyim ki, son günlərdə əhali arasında müşahidələrimiz göstərir ki, sanki bir qədər diqqətdən kənar yerlərdə, xüsusən liftlərdə, binaların daxilində, həyətlərdə maskadan istifadə halları azalıb. insanlar sanki yadırğayıblar, istifadə etmirlər. Bir qədər məsuliyyətsiz yanaşırlar. Xüsusən də virusu keçirən insanlar arxayınlaşıblar ki, virusu bir daha keçirməyəcəklər, amma bu, belə deyil. Biz virusa təkrar yoluxma hallarını hələ də görürük. Bunu nəzərə alaraq əhalimizi daha diqqətli olmağa çağırıram. 

Məktəblər də açılıb. Uşaqlar məktəbdən evə qayıdarkən mütləq əllərini sabunla yumalıdırlar. Xüsusi risk qrupuna aid olan uşaqlar cərrahi maskalardan istifadə etməlidirlər. Bu maskalar hər gün mütləq yenilənməlidir, hətta gün ərzində uzun müddət taxılması məqsədəuyğun deyil. Məktəblərdə otaqları mütəmadı havalandırmaq lazımdır, ara məsafəsi saxlanılmalıdır. Əhali vaksinasiya çağırışı olduqda buna əməl etməlidir ki, kütləvi yoluxma halı qarşısında aciz qalmayaq".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  COVİD in daha öldürücü növü yayılır Ondan qorunmağın 5 QIZIL QAYDASI


RƏYLƏR