Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 18:00
Amerikalı reper Silento həbs olunub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Watch Me (Whip / Nae Nae)" mahnısı ilə populyarlaşan 23 yaşlı ifaçı əmisi oğlunun ölümündə məsul tutulub.
Corcina əyalət polisi dünən əsl adı Riki Hok olan repçinin tutulduğunu açıqlayıb: "Bu gün 23 yaşlı Riki Hok 34 yaşlı əmisi oğlu Frederik Ruksu öldürdüyünə görə tutuldu".
Qeyd olunub ki, Silento əmisi oğlunu üz və ayaq nahiyyələrindən vurub.
Xatırladaq ki, ifaçı bundan əvvəl iki nəfərə balta ilə hücum etdiyi üçün həbs olunmuşdu.