Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, Azərbaycan dövlət idarəçiliyində yeni bir səhifədir''

''Bu, Azərbaycan dövlət idarəçiliyində yeni bir səhifədir''

Tarix: 3 Fevral 2021 16:03

"Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi institutu Prezidentin təşəbbüsü ilə yanvarın 19-da yaradılıb və bu institut ənənəvi rayon və şəhər icra hakimiyyətləri formatından əsaslı sürətdə fərqlənir".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Şuşaya xüsusi nümayəndənin təyin olunması həm də operativliyi bir qədər artırır:

"Prezident tərəfindən işğaldan azad olunmuş ərazilərdə yaradılmış xüsusi idarəetmə strukturu öz mahiyyəti, məqsədi və bundan öncəki digər idarəetmə formatına heç cür oxşamır. Bu institut bütün neqativ halların qarşısının alınması, səmərəli və operativ idarəetməsi ilə seçilir. Bu institutun bir sıra üstünlükləri var, xüsusilə işğaldan azad olunmuş ərazilərdə bu strukturun yaradılması gələcəkdə digər rayon icra hakimiyyətlərində də bu tipli idarəetməyə keçidi təmin edə bilər. Bu, bir növ həm də test xarakteri daşıyır. Çünki Azərbaycan günü-gündən dəyişir və bu dəyişikliklər dövlət idarəçiliyində də özünü göstərir. Buna görə də xüsusi nümayəndənin təyin olunması həm də operativliyi bir qədər artırır. Çünki işğaldan azad olunmuş ərazilərdə həyati əhəmiyyətli infrastruktur layihələri yoxdur, erməni vandalları həmin əraziləri dağıdıblar, daşı-daş üstə qoymayıblar. Bu barbarlıq bütün dünyaya nümayiş olunmalıdır. Ona görə də burada infrastruktur layihələrinin çəkilməsi ilə yanaşı həmin ərazilərə dəyilmiş zərərin qiymətləndirilməsi, Ermənistan tərəfindən vurulmuş maddi və mənəvi ziyanın ölçülməsi, Ermənistandan gələcəkdə təzminat davası ilə bağlı müraciətlər üçün müvafiq sənədlərin toplanması və beynəlxalq instansiyalara müraciət olunması, eyni zamanda bu dəymiş zərərin ölçülməsi ilə bağlı aparıcı xarici təşkilatlarla əməkdaşlığın təşviq olunması və bu kimi kompleks tədbirləri özündə ehtiva edir".  

İ.Hüseynov deyib ki, bu institutun formalaşması dövlət idarəçiliyində yeni səhifədir:

"Azərbaycan Prezidenti İlham Əliyev artıq  27 yanvar tarixində Şuşaya xüsusi nümayəndə Aydın Kərimovu təyin etdi. Gələcəkdə işğaldan azad olunan digər rayonlara da təyinat təmin olunacaq və biz artıq bu təyinatlar zamanı da bu institutun idarə etmə forması ilə bağlı daha geniş bilikləri əldə edə biləcəyik. Digər tərəfdən qeyd edə bilərik ki, burada xüsusi nümayəndələrin üzərinə də böyük məsuliyyət düşür. Çünki bu dəyişən reallıqlar fonunda dövlət idarəçiliyinə yeni çalarların qatılması ilə Azərbaycan Respublikasının Prezidenti, eləcə də Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyası ilə sıx təmasda olmaq, məcburi köçkünlərin say tərkibinin müəyyənləşdirilməsi, onların həmin əraziyə köçürülməsi və digər məsələlər xüsusi nümayəndə tərəfindən həll olunmalıdır. Bu institut özünü çox yaxşı tərəfdən doğruldarsa, gələcəkdə imumən ölkədə rayon icra hakimiyyətləri modeilndən imtinanı və xüsusi nümayəndə institutuna keçidi izləyə bilərik. Bütün məsuliyyət, bütün işin ağırlığı xüsusi nümayəndələrin üzərinə düşür. və bu institutun qalıcı olması idarəetmələrdə, dövlət idarəçiliyində struktur dəyişikliyi və insonal dəyişikliyi, yeni fazaya keçidi xüsusi nümayəndələr həyata keçirməlidir. 

Prezidentin Şuşaya xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı çıxışında izlədik ki, artıq xüsusi nümayəndələr işğaldan azad olunan rayonlara səfərlər edirlər, orada işçi qrupunun tərkibindədirlər və artıq fəaliyyəti tənzimləmək istiqamətində işlərini həyata keçirirlər. Ümumilikdə bu institutun formalaşması dövlət idarəçiliyində yeni səhifədir və bu xüsusi nümayəndələr dövlətimizin daha çiçəklənməsi, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması, eyni zamanda da vətəndaşlarımızın sülh və təhlükəsizlik şəraitində yaşaması, həmin ərazilərin Azərbaycanın gələcəyi üçün inteqrasiyasını həyata keçirəcəklər".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan dövlət idarəçiliyində yeni səhifədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ