Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2019 11:20
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 9%-dən 8,75%-ə endirib.
Trend-in məlumatına görə, bunu AMB-nin sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.
E.Rüstəmov qeyd edib ki, faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
Mərkəzi Bank faizlərə növbəti dəfə iyunun 7-də baxacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin