Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 18:10
Anuş Beqloyan: "Ermənilər tarixilərini şərh edərkən, qədim yazıçıların sitatlarını gətirmələri baxımından ən yaxşılarıdırlar"
Ermənistan parlamentinin yaxınlığındakı zibil urnalarına "Mənim addımım" hakim fraksiyasının deputatı Anuş Beqloyanın şəkilləri yapışdırılıb. Belə ki, zibil qutularının üzərinə yapışdırılmış şəkillərdə yazılıb: "Anuş Beqloyan - türklərin xidmətçisi".
Sonxeber.net sia-a istinadən xəbər verir ki, hakim fraksiyanı təmsil edən deputat erməni-azərbaycanlı münasibətləri ilə bağlı çıxışında sülhün bərqərar olması ilə bağlı fikirləri ilə yanaşı, həm də anti-Rusiya xarakterli düşüncələrini bölüşüb. Belə ki, "Sərhəd zonası" layihəsi çərçivəsində keçirilən "Cənubi Qafqaz: yeni təhlükələr və yeni imkanlar" mövzusundakı konfransda deputat bildirib. SİTAT: "Düşünürəm ki, biz gələcəyə əbədi müzakirələrə geri qayıtmadan baxmalıyıq, kim birinci başlayıb, kimin ərazisi tarixən ona məxsus olub, çünki ermənilər tarixilərini şərh edərkən, qədim yazıçıların sitatlarını gətirmələri baxımından ən yaxşılarıdırlar".
Digər erməni saytı - artmtoday isə yazır ki, bununla kifayətlənməyən aksiya iştirakçıları Anuş Beqloyanın mandatının əksi olan kağız parçalarını parlament binası yaxınlığında ayaq altına ataraq tapdalayıblar.
Hakim fraksiyanın deputatına qarşı onun müxalifətdən olan həmkarları da çıxıblar. Belə ki, "Maarifçi Ermənistan" fraksiyasını təmsil edən deputat Gevorq Qorqisyan təklif edib ki, Anuş Beqloyanın deputatlıq mandatı əlindən alınsın və o parlamentarilər sıralarından çıxarılsın.