Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilir - SƏRƏNCAM

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilir - SƏRƏNCAM

Tarix: 3 Fevral 2021 18:48

Prezident İlham Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, Azərbaycan Respublikasında məhkəmə sistemini təkmilləşdirmək məqsədilə qərara alınır:

"Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilsin.

Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasını müəyyən etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görsün;

- maliyyə təminatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılmasını təmin etsin;

- Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

- Sərəncam imzalandığı gündən qüvvəyə minir".


Etiketlər:  Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilir SƏRƏNCAM


RƏYLƏR