Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2019 11:08
Bakı. Ceyhun Ələkbərov - Trend:
Ötən axşam Şirvanda toy mərasimində zəhərlənən şəxslər evə buraxılıblar.
Bu barədə Trend-ə Şirvan Rayon Polis Şöbəsindən məlumat verilib. Qeyd olunub ki, dünən axşam Şirvanda şadlıq evlərinin birində toy mərasimində zəhərlənən şəxslərin hər biri artıq evə buraxılıb. Bildirilib ki, ümumilikdə 20 nəfər insan xəstəxanaya daxil olub, onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə yola salınıblar.
Şöbədən əlavə ediblər ki, baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Xatırladaq ki, iyulun 19-da axşam saatlarında Şirvanda şadlıq evlərinin birində toy mərasimi zamanı zəhərlənmə hadisəsi baş verib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, zəhərlənməyə şadlıq evindəki toy zamanı pirotexniki vasitənin yandırılması ilə tüstünün ətrafa yayılması səbəb olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin