Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 15:20
"Teymur Əhmədov" quru yük gəmisi Xəzərdə fider daşımalara cəlb olunur.
Bu barədə Sonxeber.net-a "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) bildiriblər.
Qeyd olunub ki, ASCO ilə "ADY Konteyner" MMC arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, ASCO-ya məxsus "Teymur Əhmədov" quru yük gəmisi Ələt-Türkmənbaşı-Ələt istiqamətində fider daşımalara cəlb olunacaq. Fider xətt üzrə gəminin ayda 4 səfər həyata keçirəcəyi planlaşdırılır.
Qeyd edək ki, "Teymur Əhmədov" quru yük gəmisi eyni vaxtda 80 ədəd 40 futluq konteyner daşımaq gücünə malikdir.