Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sərhəddə ticarət” işçi qrupunun iclası keçirilib (FOTO)

“Sərhəddə ticarət” işçi qrupunun iclası keçirilib (FOTO)

Tarix: 4 Fevral 2021 16:48

Bakı. Trend:

Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” işçi qrupunun onlayn formatda iclası keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, işçi qrupunun rəhbəri, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Dövlət Gömrük Komitəsinin Baş İdarə və idarə rəisləri, İqtisadiyyat, Ədliyyə Nazirliklərinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Milli Elmlər Akademiyasının, Qida Təhlükəsizliyi Agentliyinin, eləcə də Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının, konsaltinq şirkətlərin nümayəndələri, gömrük təmsilçiləri iştirak edib.

İclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” işçi qrupunun 2021-ci il üçün fəaliyyət planı müzakirə olunub.

İclasda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov ilk olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsi, tarixi zəfərimiz münasibətilə iştirakçıları təbrik edib.

İsmayıl Hüseynov 2020-ci ildə görülən işlərin nəticəsi olaraq Dünya Bankının son audit açıqlamalarına əsasən ölkəmizin 6 pillə irəlilədiyini, xüsusilə “Sərhəddə ticarət” indikatoru üzrə nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Yeni fəaliyyət planından danışan işçi qrupunun rəhbəri birdirib ki, idxal-ixrac əməliyyatları zamanı sənəd sayının azaldılması, vaxt və vəsait itkisinin aradan qaldırılması məqsədilə bir sıra tədbirlər müəyyənləşdirilib. İsmayıl Hüseynov qarşıya qoyulan məqsədlərə nail olunması üçün təmsilçilik institutunun inkişafına, rəqəmsallaşmanın təşviqinə xüsusi önəm verildiyini vurğulayıb, bu istiqamətdə görülən işlərdən danışıb.

Bildirilib ki, cari ildəki fəaliyyət planında “Elektron pəncərə” sisteminin funksional diaqnostikasının aparılması və yaradılması, idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar informasiya mübadiləsi və informasiya sistemlərinin inteqrasiyası zəruri olan aidiyyəti qurumların siyahısının müəyyənləşdirilməsi, lisenziya və icazələrin təqdim olunması istiqamətində inteqrasiya məsələlərinin yekunlaşdırılması kimi vacib məsələlərin yerinə yetirilməsi nəzərdə tutulub. Qeyd olunub ki, bu da ticarətin asanlaşdırılması və sərhədkeçmə əməliyyatlarına sərf olunan müddət və xərclərin azaldılmasına təsir göztərən mühüm amillərdir.

Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev çıxış edərək iclasda özəl sektorun nümayəndələrinin, gömrük təmsilçilərinin iştirakını yüksək qiymətləndirib və bunun dövlət-biznes dialoqunun inkişafının nümunəsi olduğunu bildirib. Vüsal Şıxəliyev idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi və sürətləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb, gələcəkdə bu sahədə daha uğurlu nəticələrin əldə olunması üçün, xüsusilə özəl sektorun nümayəndələrini müzakirələrdə daha fəal olmağa çağırıb.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov sərhədkeçmə proseslərinin sadələşdirilməsi, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə gömrük orqanları tərəfindən görülən işlərdən bəhs edib. Cavad Qasımov gömrük əməliyyatlarının həyata keçirilməsi zamanı vaxt və vəsait itkisinin minimuma endirilməsi üçün gömrük orqanları tərəfindən tətbiq edilən “məcburi qərarlar” sisteminin sahibkarların işinin asanlaşdırılması, xüsusilə gömrük rəsmiləşdirilməsi prosesinin sürətləndirməsi baxımından faydalarından danışıb. O da qeyd olunub ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra tranzit imkanlarımız daha da genişlənəcək, ölkəmizin üzərindən daşınacaq yüklərin həcmi sürətlə artacaq və bu da gömrük-keçid məntəqələrinin potensialının artırılmasını, müasir üsul və yanaşmaların tətbiqini zəruru edir.

Daha sonra işçi qrupunun fəaliyyət planının bəndləri üzrə müzakirələr aparılıb, təklif və rəylər dinlənilib.

“Sərhəddə ticarət” işçi qrupunun iclası keçirilib (FOTO) - Gallery Image “Sərhəddə ticarət” işçi qrupunun iclası keçirilib (FOTO) - Gallery Image “Sərhəddə ticarət” işçi qrupunun iclası keçirilib (FOTO) - Gallery Image “Sərhəddə ticarət” işçi qrupunun iclası keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  Sərhəddə ticarət işçi qrupunun iclası keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ