Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusla bağlı SON STATİSTİKA

Koronavirusla bağlı SON STATİSTİKA

Tarix: 5 Fevral 2021 11:14

Dünyada 105 421 338 nəfərdə koronavirus aşkarlanıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, virusdan 2 294 523 xəstə ölüb, 77 096 793 nəfər sağalıb.

Şimali Amerikada 31 208 058, Avropada 30 917 693, Asiyada 23 378 689, Cənubi Amerikada 16 218 964, Afrikada isə 3 646 894 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (27 273 890 nəfər), Hindistan (10 803 533 nəfər), Braziliya (9 397 769 nəfər), Rusiya (3 917 918 nəfər) və Böyük Britaniyadır (3 892 459 nəfər).

Türkiyədə 2 508 988, İranda 1 445 326, Gürcüstanda 260 480, Ermənistanda isə 167 568 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm Rusiyadadır (75 205 nəfər).

Azərbaycanda koronavirusa yoluxan 230 769 nəfərin 3 148-i ölüb, 224 431-i sağalıb.


Etiketlər:  Koronavirusla bağlı STATİSTİKA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ