Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 16:50
İndiki cavanlar arasında istedadlıları var. Amma onlar musiqidən çox başqa məqsədlə bu sənədi seçirlər. Bəlkə insanlar çox kasıbçılıq çəkdi. Ona görə belə edirlər.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər "Günün sədası" proqramında deyib. Müğənni gənc ifaçıları tənqid edib:
"Mən də kasıbçılıqla kənddə böyümüşəm. Amma gedib qonşuda pianoda musiqi ifa edirdim. Övladım isə musiqi məktəbinə getdi. Çox gözəl oxuyur. Ancaq dedi ki, ana, bu istedad ailədə bir nəfərdə olar, o da səndədir. Musiqiyə çörək kimi baxmadı. Baxmaq olar, buna sözüm yoxdur. O halda ki, onu kiməsə öyrədirsən. Onun duası olmalıdır.
Pul deyən kimi, musiqi haşiyəsindən kənara çıxırlar. Özlərini cəmiyyət içində apara bilmirlər. Bəlkə yaşa dolduqca düzələcəklər".