Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur professor tarix verdi - Bu aylarda pandemiya yumşalacaq

Məşhur professor tarix verdi - Bu aylarda pandemiya yumşalacaq

Tarix: 5 Fevral 2021 23:12

Türkiyə Koronavirus Epidemiyası Elmi Komitəsinin üzvü, professor Ateş Kara COVID-19-la bağlı dünyada tətbiq olunan karantin qaydalarının yay aylarında nisbətən yumşalacağını deyib.

Sonxeber.net xəbər verir ki, professorun sözlərinə görə, vaksinasiya sayəsində mart və aprel aylarında koronavirus xəstələrinin sayı azalmağa doğru gedəcək, xəstəxanaların yükü azalacaq.

"Yay aylarında ümumi rahatlaşma ola bilər, amma virusun mövsümi xüsusiyyət qazanma ehtimalını nəzərə alaraq növbəti qışa hazır olmalıyıq. Artıq risk qrupunda olan yaşlı insanlar da peyvənd qəbul edir. Bu, çox böyük bir avantajdır, xəstəxanada müalicə alan xəstə sayını önəmli ölçüdə azaldacaq. 3-cü alovlanmanın olması və yoluxma sayının yenidən pik həddə çatması mutasiya olunmuş virusun şəhərlərə yayılmasından asılı olaraq dəyişəcək. Buradakı ən önəmli nöqtə peyvəndlərin davamlı olaraq vurulmasıdır. Türkiyənin peyvənd istehsal etməsi də üstünlükdür. Əgər vaksinasiya prosesi planlaşdırıldığı qaydada davam edərsə, çox ciddi uğur əldə ediləcək".

Ekspertin sözlərinə görə, mutant virus sürətlə yoluxma xüsusiyyətlərinə sahib olduğundan kütləvi immunitetin yaranması üçün əhalinin 60 deyil, 70-80 faizində antitellər yaranmalıdır.

"Hər vaksin vurduran insan qorunmur. Peyvəndin təsir müddəti 6-7 aydır. Bu müddət virusa yoluxsanız da, xəstəliyi ağır keçirməyəcəksiniz, xəstəxanada yatma ehtimalı olduqca aşağıdır". (publika.az)


Etiketlər:  Məşhur professor tarix verdi aylarda pandemiya yumşalacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ