Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 14:15
Kompleksə düşdüm, plastik əməliyyatlar etdirdim. Həyatda problemlərim yox idi, efirdə isə böyük görünürəm. Özümə baxdıqca, getdim əməliyyatlar etdirdim. İndi də buxaq kəsdirdim. Amma gözə gəldim, yara oldu.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatun Əliyeva "10 qat şou" proqramında deyib. O, etdirdiyi plastik əməliyyatlardan danışıb.
Xatun karantin günlərində qazandığı bütün pulları xərclədiyini söyləyib:
"Geyimə pul xərcləməyi sevmirəm. Karantində isə heç paltar almadım. Yığdığım pulların hamısını marketdə xərclədim. Yığdığımı yığmışam, hələ vəziyyətim yaxşıdır".