Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Genetiklər ömrü 5 dəfə uzada bilirlər

Genetiklər ömrü 5 dəfə uzada bilirlər

Tarix: 6 Fevral 2021 20:15

Xarici genetika alimləri, yaşlanmanın qarşısını almaq, qocalığın müalicəsi axtarışında ciddi irəliləyiş əldə ediblər. Alimlər laboratoriya qurdlarının ömrünü beş dəfə uzatmağı müyəssər olublar .

"Populyar Mexanika" portalında dərc olunan məlumata görə, gələcəkdə alimlər insan  ömrünün buna  bənzər bir şəkildə artırmağa nail ola bilərlər.
 
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, sınaq subyektləri "Caenorhabditis elegans" növlərinə aid "nematod" qurdları olub - bu canlıların orqanizmi nisbətən sadədir, buna görə genetik tədqiqatlarda tez-tez istifadə olunurlar. Normalda qurdlar yalnız iki-üç həftə yaşayır, lakin alimlər onların ömrünü necə uzatmağı düşünüblər.
Alimlər əvvəlcə insulin reseptorlarından gələn siqnal yollarını dəyişdirərək qurdların ömrünün iki dəfə artırmağın mümkün olduğunu müəyyənləşdiriblər.  Daha sonra məlum olub  ki, TOR adlanan yolla bağlı prosesə düzəlişlər olunsa, "Caenorhabditis elegans"ın həyat müddətini 30 faiz artırmaq olar.
 
Artıq qazanılan təcrübəni nəzərə alan yeni tədqiqat qurdların ömrünü dörd-beş dəfə artırıb. MDI Bioloji Laboratoriyasının molekulyar bioloqu Jarod Rollinsin dediyinə görə, yeni layihə qocalmanın bir neçə genetik mexanizmin işi ilə təyin olunduğunu bir daha sübut edib. Bu isə o deməkdir ki, bioloqların axtardıqları "uzunömürlülük geni" mövcud deyil. Əslində, kompleks bir şəkildə həll edilməsi lazım olan mürəkkəb  genetik nümunələr var.


Etiketlər:  Genetiklər ömrü dəfə uzada bilirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ