Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 18:26
Braziliyalı Edina Elves Batista FİFA-nın bayrağı altında kişilər arasında keçirilən oyunun baş hakimi olan ilk qadın referi kimi tarixə düşüb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, Qətərdə təşkil olunan klublararası dünya çempionatının "Ulsan Henday" - "Əl Duhayl" görüşünün (1:3) referisi olub. Ona həmyerlisi Neuza Bak və Argentinadan Mariana de Almeyda kömək edib.
Qeyd edək ki, daha öncə UEFA bayrağı altında keçirilən Çempionlar Liqasının "Yuventus" - "Dinamo" (Kiyev) görüşündə fransalı qadın referi Stefani Frappar fit çalıb.