Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÇL-də daha bir oyunun yeri dəyişdirildi

ÇL-də daha bir oyunun yeri dəyişdirildi

Tarix: 9 Fevral 2021 13:26

UEFA Çempionlar Liqasının 1/8 finalında keçiriləcək "Borussiya" (Münhenqladbax) - "Mançester Siti" matçının yerini dəyişdirib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın Macarıstanın paytaxtı Budapeştdəki "Puskas Arena"da oynanılacağı bildirilib.

Belə qərar verilməsinə Almaniya İngiltərə arasında koronavirus səbəbindən təyyarə uçuşlarını dayandırması səbəb olub.

Qeyd edək ki, sözügedən matç fevralın 24-də Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Xatırladaq ki, bundan əvvəl eyni səbəbdən Leypsiq" - "Liverpul" oyununun Macarıstan paytaxtı Budapeşt,  "Atletiko" - "Çelsi" görüşünün  Rumıniyanın paytaxtı Buxarestdə keçirilməsinə qərar verilib.


Etiketlər:  daha oyunun yeri dəyişdirildi


RƏYLƏR