Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Minaya düşən hərçilərimizdən xəbər var - YENİLƏNİB

Minaya düşən hərçilərimizdən xəbər var - YENİLƏNİB

Tarix: 9 Fevral 2021 14:26

14:25

Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu mina partlaması nəticəsində xəsarət alıb.

Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, fevralın 8-dəTərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.

-----------
13:29

Azərbaycan Silahlı Qüvvələrinin  N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyevin Suqovuşanda minaya düşməsi barədə məlumat vermişdik.

Polkovnik-leytenant Suqovuşanda minaya düşdü - FOTO

Sonxeber.net-ın əldə etdiyi məlumata görə, sözügedən hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE-lər) Elşad Orucov, Məhərrəm Orucov və Sərxan Qəribov da minaya düşərək ağır xəsarətlər alıblar.

Onlar hərbi hospitala təxliyə olunublar.

Polkovnik-leytenant K.Diniyevin ayağı amputasiya əməliyyatına məruz qoyulub.


Etiketlər:  Minaya düşən hərçilərimizdən xəbər YENİLƏNİB


RƏYLƏR