Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 15:42
Türkiyə birinci liqasında fevralın 7-də keçirilən "Balıkesirspor" - "Akhisarspor" oyununda (3:0) maraqlı hadisə baş verib.
Sonxeber.net qol.az -a istinadən xəbər verir ki, meydan sahibi komandanın hər üç qolu cərimə zərbəsindən vurulub. Qolların müəllifi də eyni futbolçu olub: 27 yaşlı Taşkın Çalış.
Almaniya futbol məktəbinin yetirməsi olan Taşkın "Anadolu" agentliyinə müsahibəsində bu qolları vuracağını hiss etdiyini deyib.