Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 17:50
PKK terror təşkilatı Suriyanın şimalında 7 müəllimi qaçırıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, PKK terror təşkilatının Suriya qolu olan YPG qruplaşması Suriyanın şimalında işğal etdiyi və nəzarətində saxldığı Haseke vilayətində 7 müəllimi qaçırıb.
Belə ki, YPG terrorçuları nəzarəti altında olan bölgədə yerləşən məktəblərdə ayrıca tədris proqramının tətbiq edilməsini zorakı şəkildə tələb edir. Bu tədris proqramlarını tətbiq etməyən 7 müəllim qaçırılıb. Hazırda müəllimlərin harda olduğu məlum deyil.