Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 18:04
Hostelin daimi sakinləri bir nəfərin qəddar hücumuna məruz qalıb.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, hadisə Rusiyanın Moskva şəhərində yerləşən "Yesenin" hostelində qeydə alınıb.
Bilyard oyunçusunun üzünə fincanla zərbə vurduqdan sonra asayiş pozan şəxs digərlərini də hədəf alıb.
Birinin gözünə acı bibər atıb və bıçaqla müxtəlif fəndlər göstərib. Sonunda onu birtəhər ələ almaq mümkün olub.
Rus vətəndaşının adına pasport təqdim edən kişinin sənədləri saxta çıxıb. Polisin araşdırması nəticəsində məlum olub ki, hosteldə yaşayanlara hücum edən 53 yaşlı Aleksandr Maqay olub. Hazırda o saxlanılıb.