Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN

Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN

Tarix: 10 Fevral 2021 12:32

Bakı. Orxan Nəbiyev - Trend:

ATƏT Minsk qrupunun həmsədrlərinin fəaliyyəti davam etdirilməlidir.

Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində deyib.

O bildirib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin baza prinsiplərinin hazırlanmasına vacib töhfə verib və bu prinsiplərin əksəriyyəti 2020-ci il 9 noyabr bəyanatında əksini tapıb:

"İndi ATƏT Minsk qrupu və onun həmsədrləri ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərinin gücləndirilməsi məsələlərində fəallıq nümayiş etdirə bilər. Vətəndaş cəmiyyəti çərçivəsində dialoqun inkişafı regiondakı vəziyyətin sağlamlaşdırılmasına və siyasi müstəvidə növbəti addımların atılması üçün şərtlərin yaradılmasına xidmət edəcək".


Etiketlər:  Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər Rusiya XİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ