Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polis Bakıda maarifləndirici reyd keçirdi - FOTO

Polis Bakıda maarifləndirici reyd keçirdi - FOTO

Tarix: 10 Fevral 2021 16:54

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaq məqsədi ilə polis və Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları, könüllü təşkilatların ayrı-ayrı qrupları ilə birgə paytaxtda maarifləndirici tədbirləri davam etdirir.

Milli.Az APA-ya istinadən bildirir ki, paytaxtın bütün rayonları ilə yanaşı belə bir tədbir bu gün Yasamal rayonunda baş tutub.

Tədbirlərin keçirilməsində əsas məqsəd, əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi, insanların sıx toplaşdığı ərazilərdə koronavirus infeksiyasının fəsadları, sanitar-epidemioloyi qaydalarla bağlı məlumatları verməkdən ibarətdir.  

Fəaliyyətinə icazə verilmiş kafe və restoranlarda, eləcə də çay evlərində sahibkarların diqqətinə çatdırılıb ki, karantin rejimi qaydalarına uyğun olaraq masalar arası məsafə 2 metr, masalar arası oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır.

Qeyd olunub ki, içəri daxil olan hər bir vətəndaşın hərarəti ölçülməli, ona dezinfeksiyaedici məhlullar təklif olunmalıdır.      

Tədbirlərdə könüllülər tərəfindən koronavirusla bağlı maarifləndirici bukletlər paylanıb.

Milli.Az


Etiketlər:  Polis Bakıda maarifləndirici reyd keçirdi FOTO


RƏYLƏR