Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÇL-in formatı ilə bağlı yenilik - UEFA-ya “hə” dedilər

ÇL-in formatı ilə bağlı yenilik - UEFA-ya “hə” dedilər

Tarix: 10 Fevral 2021 17:28

UEFA quruma üzv olan 55 milli assosiasiya ilə Çempionlar Liqasının yeni formatı ilə bağlı müzakirə aparıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Fevralın 9-da UEFA prezidenti Aleksander Çeferinin sədrliyi videoformat formasında aparılan müzakirə zamanı bütün qurumlar irəli sürülən təklifə müsbət yanaşıblar.
 
Qeyd edək ki, UEFA 2024-cü ildən başlayaraq ən azı 2033-ü ilə qədər ÇL-i yeni formatda keçirmək barədə düşünür. Buna əsasən, ÇL-də komanda sayı 32-dən 36-yadək arta bilər. Komandaların qruplara bölünməsinin ləğvi təklif edilir. Əvəzində turnir İsveçrə sistemi ilə oynanılacaq. Beləliklə, hər klub fərqli rəqiblərə qarşı ən azı 10 matç (5 evdə, 5 səfərdə) keçirəcək. Bundan sonra isə turnir cədvəli formalaşacaq. İlk 8 klub birbaşa 1/8 finala yüksələcək. Digər komandalar isə növbəti mərhələyə yüksəlmək üçün yenidən mübarizə aparacaqlar.

Yeni formatın aprel ayında təsdiqlənəcəyi gözlənilir.


Etiketlər:  formatı ilə bağlı yenilik UEFA dedilər


RƏYLƏR