Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2019 12:44
“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç hazırkı klubu “Ərzurumspor”u tərk etməyə hazırlaşır.
Qol.az-ın xəbərinə görə, bu haqda Bosniya mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Ərzurum təmsilçisi 2018/19 mövsümünün yekununa əsasən, Türkiyə superliqasını tərk edib. Məlumata görə, bosniyalı qapıçı hazırda superliqa təmsilçisi “Kayserispor”la danışıqlar aparır.
Hazırda bəzi mənbələr təcrübəli qolkiperin “Qarabağ”a qayıda biləcəyini də iddia edir. Amma Qol.az saytına bəlli olub ki, Ağdam klubu sabiq qapıçısına hər hansı təklif irəli sürməyib və onu geri qaytarmaq barədə düşünmür. Bu isə o deməkdir ki, Şehiçin ən azı bu mövsüm yenidən “Qarabağ”da oynayacağı ehtimalı sıfıra bərabərdir.
Bununla belə, Qol.az-a o da bəlli olub ki, “Qarabağ” hazırda heyətinə bir qapıçı cəlb etmək üçün fəal axtarışdadır.