Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 18:12
İngiltərə kubokunun 1/8 final mərhələsində "Everton" öz meydanında "Tottenhem"ə 5:4 hesabı ilə qalib gəlib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, meydan sahibləri beşinci - qələbə qolunu 97-ci dəqiqədə vuraraq növbəti mərhələyə adlayıblar.
Bu zaman "Everton"un baş məşqçisi Karlo Ançelottinin qola qəribə reaksiyası diqqət çəkib. İtaliyalı mütəxəssis texniki zonada əyləşən komanda yoldaşlarından fərqli olaraq qola sakit qarşılayıb və hava soyuq olduğundan kofesini içməyə davam edib.