Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bütün dünyada tətbiq edilən karantin məhdudiyyətləri iqlim istiləşmələrinin sürətini azaltmayıb

Bütün dünyada tətbiq edilən karantin məhdudiyyətləri iqlim istiləşmələrinin sürətini azaltmayıb

Tarix: 12 Fevral 2021 21:26

Meteoroloji müşahidələrin tətbiqi başlanandan ən isti il olan 2020-ci il tarixdə ən qızmar onilliyə yekun vurub. Bütün dünya üzrə tətbiq edilən karantin məhdudiyyətləri iqlim istiləşmələrinin sürətini azaltmayıb, lakin səhiyyə sahəsində qlobal böhran bizi iqlim dəyişmələri ilə mübarizəyə sövq edə bilər.

Ötən il hər şey adəti üzrə baş vermədi. Səhiyyə və iqtisadiyyat sahələrində davam edən böhranın insanların rifahını təhlükə altında qoyduğu bir vaxtda, planetdə iqlim istiləşmələri davam edərək, son onillik ərzində xüsusilə yüksək səviyyəyə çatdı. Qlobal karantin məhdudiyyətləri istixana qazları tullantılarının cüzi azalması ilə nəticələnib, havanın keyfiyyəti isə müvəqqəti də olsa yaxşılaşıb. Lakin 2020-ci ildə dünyada əvvəlki kimi rekord səviyyədə yüksək temperatur və ekstremal hava şəraiti müşahidə olunurdu. Ekspertlər isə indi bu ili bu barədə məlumatları birinci dərc edən "Kopernik" proqramının İqlim Dəyişmələrinə Nəzarət üzrə Xidmətin dəyərləndirməsinə görə, 2016-cı illə bərabər tarixdə ən qızmar il hesab edirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dünya Meteorologiya Təşkilatı beş məlumat bazasını birləşdirərək, göstəricilər arasında minimal fərqlərlə 2020-ci, 2019-cu və 2016-cı illərin meteoroloji müşahidələr tarixində ən isti illər olduğunu təsdiqləyib.

"Kopernik" proqramının İqlim Dəyişmələrinə Nəzarət üzrə Xidmətin yeni məlumatlarına və Dünya Meteorologiya Təşkilatının bu yaxınlarda dərc edilmiş hesabatına görə, 2020-ci ildə dünya üzrə orta temperatur 1981-2010-cu illər üzrə orta göstəricilərlə müqayisədə 0,6 dərəcə Selsi isti və sənayeləşmədən əvvəlki səviyyədən təxminən 1,25 dərəcə Selsi yuxarı olub. 2020-ci il, həmçinin qeydə alınan ən isti onillik kimi başa çatıb, bu onilliyin son 6 ili tarix ərzində ən qızmar illər olub. Avrasiyanın iri regionları orta göstəricilərlə müqayisədə xüsusilə fərqlənirdi. 2020-ci il Avropada ən isti il olub, Selsi üzrə təxminən yarım dərəcə 2019-cu ildən isti və 30 illik son baza dövründən 1,6 dərəcə Selsi yuxarı olub. Arktikanın bəzi hissələrində və Sibirin şimalında temperatur çoxillik orta göstəricilərlə müqayisədə azı 6 dərəcə Selsi qalxıb.

Milli.Az


Etiketlər:  Bütün dünyada tətbiq edilən karantin məhdudiyyətləri iqlim istiləşmələrinin sürətini azaltmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ