Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kərim qızını döyməsi ilə bağlı ittihamlara cavab verdi - FOTO

Kərim qızını döyməsi ilə bağlı ittihamlara cavab verdi - FOTO

Tarix: 15 Fevral 2021 13:30

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim keçmiş xanımı Cananın şiddət ittihamlarına cavab verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "MTV xəbər"ə açıqlamasında qızını və xanımını döyməsi barədə verilən sualları belə cavablandırıb:

"Uşaqlarımın anasıdır. Əsəbi olub, şantaj edib, özü və Allahı bilər. Mən yenə o uşaqların atasıyam, arxalarında dayanmışam. Nə lazımdırsa, onları edirəm. Mən məcbur deyiləm ki, mətbuata bu barədə açıqlama verim. Çox danışmaq istəmirəm".

Qeyd edək ki, Canan bir neçə gün əvvəl qızının fotolarını instaqramda paylaşaraq atası tərəfindən şiddətə məruz qaldığını iddia edib.

O, qafqazinfo-ya danışaraq qızı yox, özünün döyülməsi barədə polisə şikayət etdiyini açıqlamışdı. 

Qeyd edək ki, Kərimlə xanımı Canan ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.

Milli.Az


Etiketlər:  Kərim qızını döyməsi ilə bağlı ittihamlara cavab verdi FOTO


RƏYLƏR