Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sona qədər çempion kimi mübarizə aparacağıq''

''Sona qədər çempion kimi mübarizə aparacağıq''

Tarix: 15 Fevral 2021 18:36

"Liverpul"un futbolçusu Məhəmməd Salah komandanın İngiltərə Premyer Liqasının 24-cü turunda "Lester"ə qarşı (1:3) ardıcıl üçüncü məğlubiyyətinə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, misirli hücumçu "Tvitter" hesabında azarkeşlərə müraciət edərək bu sözləri yazıb: "Bir çox səbəbdən çətin bir dövr idi. Biz çempionuq və sona qədər çempion kimi mübarizə aparacağıq. Bu mövsümün son performansımızla düşünülməsinə icazə verməyəcəyik. Sizə söz verirəm".

Qeyd edək ki, Salah bu mövsüm "Liverpul"da bütün turnirlərdə 33 oyun keçirib, 23 qol vurub və 4 məhsuldar ötürmə verib.

Xatırladaq ki, son çempion "Liverpul" 24 turdan sonra  40 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü yerdədir.

Milli.Az


Etiketlər:  Sona qədər çempion kimi mübarizə aparacağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ