Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 20:46
Bakı. Orxan Nəbiyev - Trend:
Koronavirusun yeni "Britaniya ştammı" əvvəlki variantlardan 70 faiz daha çox ölümcül hesab olunub.
Trend-in məlumatına görə, alimlər virusun bu növünün həm də 45 faiz daha sürətlə yoluxduğunu müəyyən ediblər.
Bu günədək "Britaniya ştammı" 82 ölkədə aşkar edilib.
Qeyd olunur ki, ABŞ-da yeni növə yoluxma halı hər on gündən bir iki dəfə artır. Yoluxmanın qarşısının alınmayacağı təqdirdə bu növün mart ayınadək ABŞ-da dominant vəziyyətdə olacağı bildirilir.