Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

CQD Avropanın enerji təchizatında əhəmiyyətli rol oynayacaq - ŞƏRH

CQD Avropanın enerji təchizatında əhəmiyyətli rol oynayacaq - ŞƏRH

Tarix: 16 Fevral 2021 16:09

"Cənub Qaz Dəhlizi özlüyündə çox möhtəşəm layihədir. Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə bu layihəni həyata keçirmək barədə təşəbbüslə çıxış edəndə çoxları üçün bu uzaq gələcəkdə reallaşa biləcək bir layihə kimi görünürdü. Amma bu heç də belə olmadı. Cənab Prezident bu məsələdə çox böyük qətiyyət göstərdi və nəhəng layihənin tez bir zamanda həyata keçirilməsinə nail oldu. Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təchizatınin diversifikasiyasında əhəmiyyətli rol oynayacaq. Belə ki, bu vaxta qədər Avropanın enerji təchizatı məhdud sayda olan mənbələrdən həyata keçirilib. Azərbaycan Avropa ölkələrinin "mavi yanacaq"la təchizatında strateji önəm daşıyan layihənin işə salınmasına nail oldu və bununla da, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verdi". Milli.Az bildirir ki, bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Sevil Mikayılova deyib.

Deputatın sözlərinə görə, CQD Azərbaycanla Avropa Birliyi arasında mövcud əməkdaşlığa böyük təkan verəcək: "Cənub Qaz Dəhlizi böyük potensiala malik olan bir layihə kimi nəzərdən keçirilir. Pandemiya ili olmasına baxmayaraq, 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin son seqmenti TAP istifadəyə verildi. Avropanın enerji strategiyasının həyata keçirilməsində Azərbaycanın iştirakı bu arealda iqtisadi anlamda yeni reallıqlar yaradacaq, təbii qaz bazarında fərqli rəqabət mühiti formalaşdıracaq".

S.Mikayılova vurğulayıb ki, ümumilikdə Azərbaycanın təbii qaz ehtiyyatları 3,7 trilyon kubmetr həcmində dəyərləndirilir: "Lakin gələcəkdə Cənub Qaz Dəhlizinin mövcud potensialının genişləndirilməsi gözləniləndir. Bölgədə böyük qaz ehtiyatlarına malik olan ölkələrin olması yeni qaz kəməri üçün əlavə perspektivlər vəd edir. Avropa ölkələrinin ildən-ilə təbii qaza artan ehtiyacını nəzərə alaraq, kəmərin AB-nin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində irəliyə doğru mühüm addım olacaq. Gələcəkdə TAP-ın birləşdirici kəmərlərlə şaxələndirilməsi isə cənub-şərqi Avropaya mavi yanacaq ötürməklə, bu ölkələrin kömürdən asılılığını azaldaraq zərərli tullantıların ətraf mühitə mənfi təsirlərini də eyni zamanda azaldacaq".

Milli.Az


Etiketlər:  CQD Avropanın enerji təchizatında əhəmiyyətli rol oynayacaq ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ