Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2021 07:50
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.
Hidayət Əliyev idarə etdiyi "Daewoo" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman qəfil onun qarşısına 1959-cu il təvəllüdlü Ələkbərov Əmiraslan Sultan oğlu çıxıb. Avtomobilin vurması nəticəsində Ə.Ələkbərov ağır xəsarət alıb. Sürücü yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırıb. Xəstəxanın növbətçi həkimi Loğman Məmmədovun verdiyi məlumata görə, yaralı sərxoş vəziyyətdə qəbul edilib və ayağından sınıq xəsarətləri alıb. Hazırda onun vəziyyəti ağırdır.
Faktı Sabunçu polisi araşdırır.