Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İspaniyada reperin tutulmasına görə iğtişaşlar: 30 yaralı

İspaniyada reperin tutulmasına görə iğtişaşlar: 30 yaralı

Tarix: 17 Fevral 2021 12:24

İspaniya şəhərlərində baş verən iğtişaşlar zamanı polislə qarşıdurmalar qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qarşıdurmalar zamanı 30 nəfər xəsarət alıb, onlardan səkkizi xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar İspaniyanın Barselona, Leyda, Reus, Jirona, Vik şəhərlərinin sakinləri olub. Yaralananlar arasında həmçinin hüquq mühafizə orqanlarının əməkdaşları da olub.

Xatırladaq ki, həbs olunan reper Pablo Aselə dəstək üçün İspaniyanın bir sıra şəhərlərində etirazlar başlayıb. Kataloniyanın bəzi şəhərlərində etirazçılar konteynerləri yandırıb, polisə müxtəlif əşyalar atıblar. Polisin etirazçılara qarşı rezin güllələrdən istifadə etdiyi də qeyd olunur.

Milli.Az


Etiketlər:  İspaniyada reperin tutulmasına görə iğtişaşlar 30 yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ