Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldunu yıxdılar, hakim isə... - VİDEO - FOTO

Ronaldunu yıxdılar, hakim isə... - VİDEO - FOTO

Tarix: 18 Fevral 2021 13:18

Çempionlar Liqasının 1/8 finalının ilk oyununda "Portu" Yuventus"u qəbul edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  görüş Portudakı "Draqao" stadionunda keçirilib və ev sahiblərinin 2: 1 hesablı qələbəsi ilə başa çatıb.

Ancaq görüşün nəticəsi fərqli ola bilərdi. Əsas vaxta əlavə olunan 4-cü dəqiqədə ispaniyalı hakim Karlos Del Kerro Qrande , Portuqaliya klubunun cərimə meydançasında Kriştiano Ronaldonun yıxılması ilə yaşanan mübahisəli epizoddan sonra "Portu"ya penalti verməməyə qərar verib.

Meydanın ortasından uzun bir ötürmədən sonra topu qəbul edən 36 yaşlı hücumçu rəqib müdafiəçi Zaydu Zanusi ilə təmasda olması səbəbindən yıxılıb.

Ancaq hakim 11 metrlik zərbə təyin etmək əvəzinə final fitinə qərar verib. Hakimin bu qərarına Kriştiano özü də emosional reaksiya verib.

Milli.Az


Etiketlər:  Ronaldunu yıxdılar hakim isə VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ