Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2021 16:48
PSJ hücumçusu Kilian Mbappe barədə yekun qərarını verməyib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Fransa klubu aparıcı futbolçusunu mövsümün sonunda satacağını istisna etmir.
Bir tərəfdən 22 yaşlı forvarda yeni müqavilə təklif edən parislilər digər tərəfdən onu sərfəli qiymətə yola salmağın əleyhinə deyil. "Real"ın transfer gündəmində olan forvardın keçidi yalnız 200 milyon avroya baş tuta bilər. PSJ həmin məbləğlə "Barselona"nın kapitanı Lionel Messinin maaşını qarşılamağı planlaşdırır.
Qeyd edək ki, Kilian Mbappe PSJ-yə 2017-ci ildə "Monako"dan keçib.