Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2019 12:32
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə FETÖ (Fəthulllah Gülən hərəkatı) terror təşkilatı ilə mübarizə çərçivəsində İzmirdə əməliyyat keçirilib.
Trend-in məlumatına görə, əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin 47 hərbçisi saxlanılıb. Saxlanılanların ayrı-ayrı hərbi strukturların əməkdaşları olduğu bildirilir.
Məlumata görə, əməliyyat Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizə Xidmətində keçirilib. Daha öncə aparılan araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu üzə çıxıb.
Ümumiyyətlə, son aylar ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1000-dən çox hərbi qulluqçu xaric edilib.
Qeyd edək ki, Fətullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin