Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda Clubhouse bumu: 100 milyon dolları nə üçün verirlər?

Azərbaycanda Clubhouse bumu: 100 milyon dolları nə üçün verirlər?

Tarix: 18 Fevral 2021 19:48

Azərbaycanın sahibkarları və investorları yeni prestij axına qoşulub, adı da "Clubhouse". Yanvar ayının ortalarından hər kəs kütləvi şəkildə Clubhouse xidmətində qeydiyyatdan keçməyə başladı. Təbii haldır, layihə, həqiqətən, qeyri-adi konseptə sahibdir, maraqlıdır. Ən çox isə kapitalı ilə demək olar ki, unikaldır. Adı yenicə tanınmağa başlayan layihə üçün 100 milyon çox deyilmi? Nə üçün bu qədər?

Clubhouse nədir? 

Clubhouse - danışıq, yəni səs əsasında qurulan sosial şəbəkədir. Əslində, burada başqa format (şəkillər, videolar, mətn) yoxdur, bütün istifadəçilər yalnız səslə əlaqə qururlar. Bunun üçün də bir neçə variant təqdim olunur:

Sonxeber.net ted.az-a istinadən bildirir ki, kiminləsə təkbətək danışa bilərsiniz, iki insanın danışacağı "otaq" yaratmaq da olar, o zaman minlərlə insan sizin diskussiyanızda dinləyici qismində çıxış edəcək. Bundan əlavə, özünüz də dinləyici ola bilərsiniz, söhbətə qoşulmaq istəsəniz isə mikrofon düyməsini basıb, zamanınızı gözləməli olacaqsınız.
Platformada şəxsi mesaj, eləcə də ümumi çat bölməsi yoxdur. Mətni yalnız öz profilinizin təsviri və "otaqların" təsviri hissəsində görə bilərsiniz.

Zoom-dan fərqi nədir?

Clubhouse-un bütün söhbətləri açıqdır, istənilən onlayn tədbir tətbiqin ana səhifəsində yer ala bilər. Zoom və ya Google Meet-də belə bir funksiya yoxdur, bunun üçün xüsusi link axtarmaq lazımdır. Başqa sözlə, Clubhouse funksionallıq cəhətdən daha operativdir.

Sözügedən tətbiq onlayn tədbirlər üçün əla seçim ola bilər, - sadə interfeys, operativ giriş, lazımsız əlavələrin olmaması. Həm də aparılan danışıqlar qeyd olunmur - bu, tətbiq qaydasıdır.

Niyə bu qədər səs-küy yaradıb?

Xidmətin populyarlığı yalnız bir amilə əsaslanır, o da eksklüzivlik. İlk iki ay ərzində xidmət ABŞ-da qapalı şəkildə işləyirdi, sosial şəbəkə cəmi 5000 nəfəri ehtiva edirdi. Hazırda platformanın beta testi davam edir, lakin iOS-a əsaslanan smartfonlara sahib olanlar artıq bu xidməti rahatlıqla yükləyə bilər. Clubhouse yalnız iPhone üçün mövcuddur desək, yanılmarıq. iOS 13 və daha yeni proqram təminatlı smartfonlar bu tətbiqi dəstəkləyir. Tətbiqin Android üçün mövcud olub-olmayacağı isə məlum deyil.

Clubhouse-un istifadəçisi olmaq üçün yalnız dəvətnamə ilə qeydiyyatdan keçmək lazım olacaq, dəvətnamələr də ki, məhdud saydadır, hər bir istifadəçi üçün limit qoyulub. Söhbətə eyni vaxtda 5 minə qədər insan qoşula bilər. Ana səhifədə istənilən mövzuya əsasən insanları birləşdirən hesablar və söhbətlər önə çıxır.

Eksklüzivlikdən əlavə, platformanı məşhurlaşdıran ikinci amil orada qeydiyyatdan keçən ABŞ-ın məşhur simalarıdır. Netvörkinq funksiyası isə yeni insanlarla tanış olmağa, məşhurlara daha yaxın olmağa imkan verir. 

Kim təsis edib?

Clubhouse-un iki təsisçisi var: Google-un keçmiş işçiləri Paul Davison və Rogan Set. Hər iki təsisçi daha öncə Pinterest daxilində çalışırdı, sonra isə ayırılıb, ayrıca layihə qurdular.

Platformanın qapalı beta testinin işə salınmasından dərhal sonra təsisçilər, Andreessen Horovitzdən 10 milyon dollar investisiya alıblar.  Forbes-in məlumatına görə, 2020-ci ilin may ayında tətbiqin kapitalı 100 milyon dollar idi, yatırım isə 12 milyon dollar təşkil edirdi. Az istifadəçisi olduğu halda platforma 200 milyon dollar dəyərində qiymətləndirilirdi. Hazırda xidmət monetizasiya olmadan inkişaf edir. İstifadəçilərin sayı da məlum deyil.

Hər şey bu qədərmi yaxşı gedir?

Demək olar ki, tətbiq getdikcə daha çox nailiyyətlər əldə edir, amma proqnoz vermək üçün hələ ki, tezdir. Elitar xidmətin taleyini yaxın zamanda müşahidə edəcəyik.


Etiketlər:  Azərbaycanda Clubhouse bumu milyon dolları üçün verirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ