Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

IBM planlarını açıqladı: 2030-cu ilə qədər sıfır emissiyalı istehsal təmin ediləcək

IBM planlarını açıqladı: 2030-cu ilə qədər sıfır emissiyalı istehsal təmin ediləcək

Tarix: 18 Fevral 2021 22:48

IBM 2030-cu ilədək sıfır emissiya ilə istehsalı planlaşdırır. Şirkətin planı atmosferə buraxılan tullantıların azaldılması məqsədi daşıyır.

Milli.Az ted.az-a istinadən bildirir ki, IBM emissiyaların qarşısını meydana gəlməzdən öncə almağa çalışır. Bu barədə şirkət rəsmiləri açıqlama veriblər.

Bildirilib ki, IBM istixana qazı emissiyalarını 2010-cu ildəki istehsala nisbətən 2025-ci ilə qədər 65% azaldacaq. Bu, iqlim dəyişikliyi ilə mübarizədə ən vacib amil hesab edilib. Şirkət 2025-ci ilə qədər istehlak etdiyi elektrik enerjisinin 65%-ini və on ilin sonunda isə 90%-ini yenilənə bilən mənbələrdən əldə edəcək.

Bu hədəflər IBM-i bəzi rəqibləri ilə müqayisədə daha çox önə çıxarır. Ancaq mütəxəssislərin fikrincə, əksər şirkətlərdə olduğu kimi, IBM-in də zərərli qazların buraxılmasını azaltmaq üçün görə biləcəyi çox iş var.

Milli.Az


Etiketlər:  IBM planlarını açıqladı 2030 cu ilə qədər sıfır emissiyalı istehsal təmin ediləcək


RƏYLƏR