Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2019 13:12
Bakı. Ləman Zeynalova - Trend:
Rumıniyanın "Transqaz" şirkəti "Cənub Qaz Dəhlizi"nə qoşulmaq üçün ROHUAT boru kəmərinin tikintisini aparır.
Trend-in məlumatına görə, şirkətdən bildiriblər ki, Rumıniya ərazisində ROHUAT boru kəməri ərazisində işlər demək olar ki, 50 faiz icra olunub. Layihənin ilk mərhələsi üçün xərclər 560 milyon avro təşkil edib.
Məlumata görə, "Transqaz" 550 kilometr uzunluqda boru kəmərinin artıq 215 kilometrini çəkib.
Qeyd edək ki, ROHUAT boru kəməri Qara dəniz regionu ərazisindən qazın Mərkəzi Avropaya ötürülməsi üçün Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyanı birləşdirir. ROHUAT, eyni zamanda "Cənub Qaz Dəhlizi" kimi digər iri qaz nəqli infrastrukturları ilə də əlaqəni təmin etmiş olacaq.
Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" "Şahdəniz-2" yatağından Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya ötürülməsini nəzərdə tutur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin