Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Torresin qiyməti qalxdı

Torresin qiyməti qalxdı

Tarix: 19 Fevral 2021 16:56

İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Pau Torresin qiyməti artıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, müdafiəçinin transfer məbləği 65 milyon avro olub.

Mərkəz müdafiəçisi Madrid "Real"ının maraq dairəsindədir. Yayda arxa xətti gücləndirmək niyyətində olan paytaxt təmsilçisi 24 yaşlı futbolçunu da transfer etmək istəyir.

Əvvəl qiyməti 50 milyon olan Torresin avrokuboklardakı uğurlu çıxışı bu məbləğin artması ilə nəticələnib. "Real" rəhbərliyi "Vilyarreal"la danışıqlarda qiymətdə endirimə nail olacaqlarına ümid edir.

Qeyd edək ki, Torresin klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.


Etiketlər:  Torresin qiyməti qalxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ